İŞİD-ə güclü aviazərbələr endirilib
713 dəfə baxılıb
ABŞ-ın endirdiyi aviazərbələr nəticəsində 72 İŞİD terror xəvaric qruplaşması üzvü məhv edilib.
ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri İŞİD terror xəvaric qruplaşmasına öldürücü zərbələr endirib. Ardıcıl aviazərbələri nəticəsində 52 İŞİD terrorçusu məhv edilib.
“Sələf Xəbər”in ANS PRESS-ə istinadən verdiyi məlumata görə, bundan əlavə terrorçular paytaxt Bağdaddan 200 kilometr məsafədə olan işğal etdikləri əl-Bağdadi şəhərinin də bir hissəsini itiriblər.
Bu döyüş zamanı da terrorçular 20 üzvünü itirib.
Daha əvvəl xəbər verilmişdi ki, koalisiya qüvvələri İŞİD terror xəvaric qruplaşmasının mövqelərinə 25 aviahücum təşkil edib.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam İdeologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”.(Müslim)
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)