Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD-ə meyilli şagirdlər kompyuter proqramı ilə aşkarlanacaq

İyun 06
13:32 2015

Britaniya məktəblərinin direktorlarına potensial İŞİD terror xəvaric qruplaşması tərəfdarı olan şağirdləri aşkar edən proqramdan istifadəyə icazə verən kompyuter proqramından istifadə etməyi məsləhət görüblər.

“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, proqram məktəblilərin çat və sosial şəbəkələrdə daxili yazışmalarını izləyərək, açar sözləri müəyyən edir. İŞİD terror xəvaric qruplaşmasına yaxın saytlara girən məktəblilər haqda xəbərdarlıq edir. Belə hallar üzə çıxanda məktəb işçilərinə o dəqiqə hay-küy qaldırmağı məsləhət görmürlər.

Fevral ayında qəbul edilən qanun dövlət məktəblərdən tələb edir ki, müsəlman şagirdlərin İŞİD terror xəvaric qruplaşmasına meyilliliyinin qarşısını alsın.

Məktəblilərin internetdə izlənməsi məsələsi fevral ayında London şəhər məktəbinin üç müsəlman qız tələbəsinin İŞİD terror xəvaric qruplaşmasına qoşulmaq üçün Suriyaya getməsindən sonra gündəmə gəlmişdi.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)

Digər xəbərlər