Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD-ə qarşı koalisiya dövlətləri ər-Riyadda toplanır

Fevral 19
17:05 2015

“Sələf Xəbər” “əl-Arabiyya” kanalına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda İŞİD terror xəvaric qruplaşmasına qarşı koalisiya dövlətləri Suriyadakı vəziyyəti müzakirə etmək üçün 26 dövlətin iştirakı ilə Baş qərargah rəislərinin beşinci konfransı keçirilir.

İki gün davam edəcək bu konfransda koalisiya dövlətlərinin nümayəndələri məntəqədə baş verən hadisələr, iqlimə və beynəlxalq təhlükəsizliyə xidmət edən nəticələrin əldə edilməsi barədə söhbət açacaqlar.

Bu indiyə qədər İordaniya, Fransa, Almaniya və ABŞ-da keçirilən dörd konfransın davamıdır.

 Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam İdeologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Onlar avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)

Digər xəbərlər