Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD-ə qoşulmaq istəyən yeniyetmə oxuduğu məktəbə qayıtmaq arzusundadır

Mart 24
13:17 2015

“Sələf Xəbər” www.dailymail.co.uk saytına istinadən xəbər verir ki, İŞİD terror xəvaric qruplaşmasının sıralarına qoşulmaq niyyətində olan və Türkiyədə saxlanılan yeniyetmələrdən biri sadəlövh şəkildə oxuduğu məktəbə nə vaxt qayıda biləcəyini soruşub.

“Cihadçı” olmaq üçün Suriyaya yollanmaq niyyətində olan yeniyetmələr Brent Şurasının sədri Məhəmməd Battla görüşüblər. Cənab Batt Channel 4 News kanalına verdiyi müsahibədə bunları deyib: “Onlardan biri məndən soruşdu ki, “məktəbə nə vaxt qayıda bilərəm?” Ona dedim ki, sən vəziyyətin düzəlməsi üçün bir balaca gözləməlisən, biz məktəblə və başqa insanlarla söhbət aparmalıyıq və dəqiqləşdirməliyik ki, sən münasib zamanda öz məktəbinə qayıda biləsən”. Üç yeniyetmə oğlanın bu əməlindən sarsıntı keçirmiş ailələri onların planları barədə xəbər tutduqdan və dərhal polisə xəbər verdikdən sonra, oğlanlar səlahiyyətli orqanlar tərəfindən saxlanılıb. Yeniyetmələrlə və onların ailələri ilə görüşmüş cənab Batt deyib ki, oğlanlar yoxa çıxmazdan əvvəl özlərini kifayət qədər normal aparıblar.

O “Uşaqlar hər hansı radikal danışıq və ya davranış nümayiş etdirməyiblər, danışıqları tamamilə normal olub” deyib. “Şəxsən mən onların radikallaşdırıldığını düşünmürəm. Qətiyyən belə deyil. Mənim fikrimcə, onlar sadəcə emosiyalarına qapılıblar. Öz sözlərini demək üçün platforma axtarışında olublar, lakin Suriyada baş verən hadisələr barədə ciddi söhbətlər aparmaq üçün münasib platforma və ya məkan tapmayıblar. Oğlanlardan ikisi ilə görüşmüşəm. Onların ailələri də, həddən artıq normal ailələrdir. Uşaqların hər ikisi əlaçıdır və hər ikisinin arzuları var, biri mühəndis olmaq istəyir, o biri isə həkim. İnanıram ki, bu oğlanlar sadəcə ora gedib yaxşı işlər görmək fikrində olublar. Onlarla söhbətləşəndə, hər ikisi dedi ki, sadəcə olaraq ora gedib insanlara kömək etmək istəyiblər”, – deyərək bildirib.

Gənc yeniyetmələrin sarsılmış ailələri övladlarını sağ-salamat vətənə qaytardıqları üçün polislərə və Türkiyyə səlahiyyətli orqanlarına öz dərin təşəkkürlərini bildiriblər.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam ideologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.

Digər xəbərlər