Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD-ə sarsıdıcı zərbə

Oktyabr 19
15:48 2015

İraq ordusunun Ənbar vilayətinin Rava bölgəsində təşkil etdiyi əməliyyatlar zamanı İŞİD terror xəvaric qruplaşmasının 7 komandiri və 47 döyüşçüsü öldürülüb.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb.

Digər bir əməliyyat isə Ramadi vilayətində baş tutub.

Vilayətin Kaim rayonunda təşkil edilən hücum zamanı terrorçuların 4 komandiri və 18 döyüşçüsü məhv edilib.

İki əməliyyat nəticəsində İŞİD-in 11 komandiri, 65 döyüşçüsü məhv edilib

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər”.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və buyurmuşdur: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)

Digər xəbərlər