Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD Əfqanıstanda kanal yaradıb

Dekabr 19
17:09 2015

İŞİD terror qruplaşması Əfqanıstanın Nanqarhar şəhərində radio kanal yaradıb.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bunu Əfqanıstanın Texnologiya Əlaqələri Nazirliyinin sözçüsü Yasin Semim deyib.

O bildirib ki, FM tezliyində yayımlanan sözügedən radio kanalın tapılması istiqamətində araşdırmalara başlanılıb:

“Əfqanıstan və NATO qüvvələri məsələ ilə bağlı hərəkətə keçib. İŞİD terror xəvaric qruplaşmasının radio kanalı bizim daha əvvəl verdiyimiz tezlik üzrə yayımlanır. Əfqanıstan hökuməti bu radio kanalın fəaliyyətini dayandırmaq üçün lazımi texnolgiyalara sahib deyil”.

Qeyd edək ki, sözügedən radio kanal vasitəsilə İŞİD terror xəvaric qruplaşmasının təbliğatı aparılır.

Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.

Digər xəbərlər