İŞİD Əl Bağdadidə 45 nəfəri diri-diri yandırıb
946 dəfə baxılıb
İŞİD terror qruplaşmasının silahlıları İraqın qərbindəki Əl Bağdadi şəhərində 45 nəfəri diri-diri yandırıb.
“Sələf Xəbər” Teleqraf.com-a istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis rəisi polkovnik Qasım Obeydi bildirib.
Öldürülən şəxslərin kimliyi və kütləvi qətlin səbəbi hələlik məlum deyil. Polis rəisi qurbanların İraq təhlükəsizlik orqanlarının əməkdaşları olduğunu ehtimal edir.
Ötən həftə İŞİD silahlıları Əl Bağdadi şəhərinin böyük hissəsini ələ keçirmişdi. Qeyd edək ki, Əl Bağdadinin yaxınlığında “Ayn Əl Əsəd” aviasiya bazası yerləşir. Bu bazada 320 ABŞ dəniz piyadalı iraqlı hərbçilərə təlim keçir.
Polkovnik Qasım Obeydinin sözlərinə görə, bazanın yaxınlığında təhlükəsizlik orqanlarının əməkdaşlarının ailələrinin qaldığı yaşayış kompleksləri silahlıların hücumuna məruz qalıb.
Sələf Xəbər: XX əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin, ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariiyə fi kadayyə əl-asriyyə” 47)