İŞİD Ərdoğana ölüm fitvası verdi – FOTO
736 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşması “mürtəd” elan etdiyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan barəsində ölüm fitvası verib.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu barədə İŞİD terror xəvaric qruplaşmasına yaxın media orqanları məlumat yayıb.
Fitvada Ərdoğanın müsəlman qanı tökdüyü və İŞİD terror xəvaric qruplaşmasına qarşı koalisiyaya dəstək verdiyi üçün ölüm cəzasına layiq görüldüyü bildirilib.
Ərdoğanın tövbə edib, ABŞ liderliyindəki koalisiyaya dəstəkdən imtina etməsi halında isə ölüm cəzasının ləğv olunacağı açıqlanıb.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”.(Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər”.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və buyurmuşdur: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)