İŞİD əsirlərin görüntülərini yayıb – FOTO
924 dəfə baxılıb
“Sələf Xəbər”in Hurriyet.com.tr-yə istinadən məlumatına görə, yanvar ayının 30-da Kərkükün cənubunda 21 nəfər hücuma məruz qalaraq İŞİD terror xəvaric qruplaşmasının əlinə keçib. Əsirlərin 20 nəfərinin Kürd və bir nəfərin isə Kərkük türkməni olduğu güman edilir.
İŞİD terror xəvaric qruplaşmasının yaydığı video görüntülərdə narıncı rəngli edam paltarı ilə görünən əsir peşmərgələr qəfəslərə salınaraq onlarla müsahibə aparılır.
Sonra əsirlər yerləşdirildikləri dəmir barmaqlı qəfəslərdə dinamikalı vasitələrlə Kərkükün 44 km cənubundakı Havicə rayonunda xalqın arasında gəzdirilir.
Əsirlərin edam edilib-edilmədikləri hələ bəlli deyil.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam İdeologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Onlar avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)