İŞİD-i “İncirlik”dən qalxan təyyarələr vurub
751 dəfə baxılıb
Pentagon rəsmiləri ABŞ döyüş təyyarələrinin bu gün “İncirlik” hərbi hava bazasından qalxaraq İŞİD terror xəvaric qruplaşmasının mövqelərini bombardman etdiyini açıqlayıb.
“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, Pentagon rəsmisi Eliza Smit bu gündən etibarən ABŞ hərbi hava qüvvələrinin Türkiyədəki “İncirlik” bazasından istifadə edərək İŞİD terror xəvaric qruplaşmasını vurmağa başladığını açıqlayıb.
“Bu hadisə ABŞ və Türkiyənin İŞİD terror xəvaric qruplaşmasına qarşı dərinləşən əməkdaşlığın bir hissəsi olaraq xarakterizə oluna bilər. Bildiyiniz kimi, Türkiyə keçən ay ölkədəki hərbi bazaları ABŞ və koalisiya ölkələrinin İŞİD terror xəvaric qruplaşmasına qarşı əməliyyatları üçün istifadəyə açacağını açıqlamışdı”.
Xatırladaq ki, ABŞ rəsmiləri keçən günlərdə Türkiyədəki hərbi bazadan qalxan pilotsuz təyyarələrin də İŞİD terror xəvaric qruplaşmasını vurduğunu açıqlamışdı.
Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur İslam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir”. (“əl-İrhab”, 24)