Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD-i tərk edən şeyx: “Onların islama aidiyyatı yoxdur”

Fevral 05
18:05 2015

“Sələf Xəbər” əl-Arabiyyə kanalına istinadən xəbər verir ki, təqribən, bir il öncə səudiyyəli dəvətçi Mani ibn Nasir əl-Mani “Twitter”də yazaraq İŞİD terror xəvaric qruplaşması sıralarında olduğunu qeyd etməsi ilə insanları çaşdırmışdı.

Onun dediyinə görə, o bölgəyə getməsinə səbəb oradakı qaçqın və kimsəsizlərə yardım etmək, dini maarifləndirmək olub. Lakin o, bütün bu sayılanları İŞİD terror xəvaric qruplaşmasında azad surətdə həyata keçirtməyin mümkünsüz olduğunu qətiyyətlə vurğulayaraq Səudiyyə Ərəbistanının rəsmi kanalında belə açıqlama verib:

“Azadlıq yerinə həbs etmə, etiqadi məcburetmə ilə qarşılaşdım. Belə ki, özlərinin kafir, mürtəd gördüklərini sənin də kafir, mürtəd kimi görmənə məcbur etdiklərini gördüm. Mən insanlar arasında olub onları dini maarifləndirmək istəyirdim. Lakin onlar buna da müdaxilə edərək məni özləri seçdiyi ucqar və ya səhra olan yerlərdə məcburi saxlayırdılar. Həmçinin, onların fikrinə görə, Səudiyyə Ərəbistanı da daxil olmaqla, bütün ölkə başçıları kafir və mürtəd, Məkkə və Mədinə də daxil olmaqla hər yer küfr diyarıdır. Orada yaşayanlar əgər Suriyanın Raqqa şəhərinə hicrət etməzlərsə, İslamda olan valideynlər də daxil olmaqla hamısı kafirdirlər və.s kimi inancları da etiqad etməyə məcbur edirdilər”.

İŞİD terror xəvaric qruplaşmasının etdiyi vəhşiliklərlə yanaşı, bütün müsəlmanları kafir saymalarını görən Mani ibn Nasir onları tərk edərək özünü Səudiyyə Ərəbistanının Türkiyədəki səfirliyinə təslim etmişdir.

Hal-hazırda sözügedən şəxs gəncləri maarifləndirərək zahirdə özünü İslamın müdafiəçisi kimi göstərən, lakin həqiqətdə isə bunun tam əksi olan terror qruplaşmalarının hiylələrinə aldanmamağa çağırır.

 Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir. Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”

Digər xəbərlər