Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD iki türkü edam edib

Sentyabr 26
16:49 2015

İŞİD iki türkün başını kəsib.

“İraq Şam İslam Dövləti” – İŞİD terror xəvaric qruplaşması casuslqda günahlandırdığı iki Türkiyə vətəndaşının başını kəsməklə növbəti vəhşi edamı gerçəkləşdirib.

“Sələf Xəbər” Modern.az-a istinadən bildirir ki, onların edam olmalarına səbəb kimi Türkiyə kəşfiyyat idarəsinə çalışdıqları göstərilib. Türkiyə vətəndaşlarının ölümü İŞİD terror xəvaric qruplaşmasının sosial şəbəkələrdəki hesablarında da qeyd edilib.

Məlumata görə, İŞİD terror xəvaric qruplaşması Türkiyə vətəndaşı olduğu deyilən iki nəfəri uşaqların gözü qarşısında edam edib. Bu zaman qurbanların gözləri qara lentlə və əlləri arxadan bağlanıb.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir. Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər