Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD-in 17 yaşlı ingiltərəli üzvü intihar edib

İyun 15
16:38 2015

İngiltərədən İraqa gedərək İŞİD xəvaric terror qruplaşmasına qoşulan Talha Asmal adlı 17 yaşındakı bir İngiltərə vətəndaşı intihar edib.

“Sələf Xəbər”in BBC.com-a istinadən məlumatına görə, Əbu Yusuf əl-Britani adıyla tanınan 17 yaşındakı bir gənc İraq yaxınlığında özünün də içərsində olduğu maşını partladıb. O, İraqın müdafiə dəstələrinə hücum məqsədi güdərək, İŞİD xəvaric terror qruplaşmasının üç nəfər üzvüylə birlikdə neft emalı zavodu yerləşən əraziyə gedərək orada intihar edib.

İntihar öncəsi gəncin maşında çəkilmiş və İŞİD xəvaric terror qruplaşması tərəfindən sosial mediada paylaşılan fotoşəkillərini görən ailəsi sarsıntı keçirib.

Talha Asmal bu intiharla İngiltərənin ən gənc kamekadze terrorçusu olaraq qeydlərə keçib.

Xatırladaq ki, Londonda 7 İyul 2005-ci ildə Asmal ilə eyni bölgədə yaşayan 19 yaşlı Hasib Hussein adlı başqa bir terrorçu da avtobus və metro nəqliyyatını hədəf alaraq üzərindəki partlayıcılarla intihar etmişdi.

Məlumatlara əsasən, Talha Asmalın İraqa Hammaad Munşi adlı bir yoldaşıyla getdiyi bildirilir. Munşinin qardaşı Hammaad Munşi 2006-cı ildə 16 yaşındaykən kompyuterində napalm bombası istehsalı ilə əlaqəli məlumatların tapılmasına görə həbs olunmuşdu. Hammaad Munşi İngiltərədə terrorla mübarizə qanunu çərçivəsində mühakimə olunan ən gənc adam idi.

Onu da qeyd edək ki, İngiltərə polisi İraq və Suriyada terrorçuların qruplarında 700-ə qədər İngilis vətəndaşının döyüşdüyü barədə də məlumat yayıbdır.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
XX əsrin nüfuzlu İslam alimi şeyx Useymin (Allah ona rəhmət etsin) deyib: “Özünü düşmənlərin arasında partlatmaq üçün partlayıcı maddəni bədəninə bağlayan insan – intihar etmişdir və o cəhənnəm odunda özünü öldürdüyü vasitə ilə əzaba məruz qalacaqdır, necə ki, bu barədə səhih hədislərdən birində deyilir. Uca Allahının “… özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı Rəhmlidir”. (Qurani-Kərim, “Nisa” surəsi, 29-cu ayə), sözlərini oxuyub belə əməllər törədən insanlar buna görə təəccüb doğurur”. (“Müsəlman ilahiyyatçıların müasirliyin çağırışlarına cavabları”)

Digər xəbərlər