Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD-in 48 silahlısı öldürüldü

Aprel 24
17:34 2015

Kurmenin cənubundakı əş-Şəhabi əl-Ula, əş-Şəhabi əs-Sani və əl-Meami bölgələri terrorçulardan təmizlənib
ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinə aid qırıcıların bombardmanı nəticəsində İŞİD terror xəvaric qruplaşmasının 48 silahlısı zərərsizləşdirilib.

“Sələf Xəbər” “Report”-a istinadən xəbər verir ki, İŞİD terror xəvaric qruplaşmasının Mosul şəhərinin şimalındakı Göksəl, Başika Dağ, ət-Təhrir və əl-Berid məhəllələrindəki mövqelərinə hava zərbələrinin endirilməsi nəticəsində 25 terrorçu öldürülüb.

Bağdadın 40 kilometrliyində yerləşən əl-Kurme rayonunun cənubunda baş verən atışmada isə 23 İŞİD terror xəvaric qruplaşmasının silahlısı zərərsizləşdirilib.

Kurmenin cənubundakı əş-Şəhabi əl-Ula, əş-Şəhabi əs-Sani və əl-Meami bölgələri də İŞİD terror xəvaric qruplaşmasından təmizlənib.
Xatırladaq ki, Kurme ötən ay İŞİD terror xəvaric qruplaşmasının nəzarəti alıtına keçib.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam İdeologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)

Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)

Digər xəbərlər