İŞİD-in 700 silahlısı öldürülüb
725 dəfə baxılıb
İraqın qərbindəki Anbar əyalətində davam edən əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının 700-dən çox silahlısı zərərsizləşdirilib.
Selebxeber.az-ın məlumatına görə “Report” TASS-a istinadən xəbər verir ki, bunu İraq ordusunun bölgədəki silahlı qüüvələrinin komandanı, general İsmail əl-Mahlyaui bildirib.
“Bağdaddan 90 km qərbdə yerləşən Əl-Xaldiya şəhərinin azad edilməsi istiqamətində əməliyyat başlayıb. Əməliyyat nəticəsində İŞİD-in 700-ə yaxın silahlısı öldürülüb. Güc strukturları tərəfindən həmin yaşayış məntəqəsində daimi hərbi bölmələrin yerləşdirilməsi məqsədilə ərazidə terrorçulardan təmizlənmə əməliyyatı keçirilir “, – deyə general vurğulayıb.
Qeyd edək ki, Əl-Xaldiyə Anbar əyalətinin Ramadı və Əl-Fəlluca kimi iki böyük şəhərlərinin arasında yerləşir. Adıçəkilən yaşayış məntəqələri cari ildə İŞİD-ə qarşı mübarizə aparan koalisiya qüvvələri tərəfindən təmizlənib.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”