Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

“İŞİD-in adı İslamla birgə çəkilməməlidir”

Sentyabr 30
20:31 2014

“Sələf Xəbər” Sabah qəzetinə istinadən xəbər verir ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu Samsun şəhəri Qurtuluş Yolunda keçirilən açılış mərasimində çıxış edib.

Davudoğlunun çıxışında toxunduğu bir neçə əsas mövzudan biri İŞİD terror xəvaric təşkilatının islamla əlaqələndirilməsi olub: “Bu gün İslam deyildikdə ağlına İŞİD gələnlərin ortaq nöqtəsi cahillikləridir. İŞİD-in səbəb olduğu vəhşiliklər də öz cahilliklərinin nəticəsidir. İslam və İslam cəmiyyətlərinin qurduğu mədəniyyətlərin adı İŞİD-lə birgə çəkilməməlidir. İŞİD-in də adı İslamla birgə çəkilməməlidir. Bölgələrimizdə və dünyada bütün terror təşkilatlarına qarşı mübarizə aparacağıq. Xüsusilə adının İslamla birgə çəkilməsini istəyənlərlə.”

Qeyd edək ki, İŞİD, Davudoğlunun İraq Regional Kürd Muxtariyyətinin baş naziri Nəçirvan Bərzani ilə görüşünün də əsas müzakirə mövzusu olacaq. Baş nazir Nəçirvan Bərzani Dünya İqtisadi Forumunun iclasında iştirak etmək üçün İstanbula səfər edib. Bərzani baş nazir Davudoğlu ilə görüşəcək.

Bərzaninin İŞİD-in son vəziyyəti ilə bağlı Davudoğluna məlumat verəcəyi gözlənilir. İŞİD-ə qarşı həyata keçirilməsi planlaşdırılan əməliyyatın dəyərləndiriləcəyi görüşdə, məsələnin həlli prosesi müzakirə olunacaq.

 Sələf Xəbər: Mədinənin böyük Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir. Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”

Digər xəbərlər