Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD-in atdığı mərmilər Türkiyəyə düşüb

Oktyabr 20
16:28 2014

“Sələf Xəbər” internethaber.com saytına istinadən xəbər verir ki, İŞİD terror xəvaric qruplaşmasının atdığı mərmilər Türkiyə ərazisinə düşüb.

Xüsusilə Kobaninin şərq hissəsində İraq və Şam İslam Dövləti (İŞİD) terror xəvaric qruplaşması ilə bəzi kürd qruplaşmalar arasında baş verən münaqişələr kəskinləşib.

Səhər saatlarından etibarən İŞİD terror xəvaric qruplaşması kürd qruplaşmaların nəzarəti altında olan sərhəd keçidi istiqamətində havadan hücumlar endirib.

NTV kanalının verdiyi xəbərə əsasən, İŞİD terror xəvaric qruplaşmasının atdığı mərmilərin sayı artıq 6-ya çatıb. Mərmilərdən birinin komandirlərin yoxlama apardığı yerə düşdüyü bildirilir. Ard-arda atılan mərmilər nəticəsində ölən və yaralanan olmayıb. Hərbi mənbələr, atılan mərmilərə Türkiyə Silahlı Qüvvələri tərəfindən cavab atəşi endirildiyi bildirib.

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə məxsus təyyarələr isə gün ərzində İŞİD terror xəvaric qruplaşmasının mövqelərinə zərbələr endirib.

 Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında danışmağı onun şərtlərini, qaydalarını bilən alimlər edə bilər. İŞİD`in etdiyi cihad yox, fitnədir.”

Digər xəbərlər