İŞİD-in atdığı top Türkiyəyə düşdü: yaralılar var
950 dəfə baxılıb
“Sələf Xəbər”-in virtualaz.org saytına istinadən məlumatına görə, Suriyada “İraq Şam İslam Dövləti” terror xəvaric qruplaşması ilə kürd silahlı dəstələri arasında gedən atışmalar zamanı atılan 4 top mərmisi Türkiyə ərazisinə düşüb.
Hadisə nəticəsində iki nəfər yaralanıb.
İŞİD terror xəvaric qruplaşmasının Suriyanın Haseke şəhəri yaxınlığındakı 3 kəndi ələ keçirdiyi də bildirilir. Bunlar İraqla sərhəddəki Yarubiyə rayonunun Kenene, Kadaa və Hemden kəndləridir.
Sələf Xəbər: Yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə islam dövlətinin yaradılmasıdır. Lakin, bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək onlara Haqqın sözünü çatdırmaq üçün gəlib.
Cihada gəlincə, bu Allaha ibadətin növlərindən biridir, və onun öz şərtləri var. Cihadın məqsədi İslamın müdafiəsi və fəsadın qarşısını almaqdır.
Şübhə yoxdur ki, terror aktları, o cümlədən intiharçıların törətdikləri partlayışlar, nəticəsində dinc insanların həlak olması özü-özlüyündə artıq fəsaddır, və bunu heç cür cihad adlandırmaq olmaz.
Nüfuzlu alim Əbdül Muhsin əl-Abbadda (Allah onu qorusun) “Suriyada cihad varmı və oraya cihada getmək icazəlidirmi?” sualı verildi.
Şeyx cavab verdi: “Həqiqətən Suriya əhalisinin onlar üçün edilən duaya daha çox ehtiyacı vardır. Hər kəs onlar üçün məqsədli şəkildə dua etməlidir. Oraya getməyə gəldikdə isə buna ehtiyac yoxdur, çünki orada problem döyüşənlərin sayında deyil. Bundan əlavə, təhlükə var ki, oraya (Suriyaya) gedənlər (xəvaric və təkfirçi) qruplaşmaları kimi ola bilər, hansılar ki, İraqdakı müharibəyə getdilər və o səbəblə də orada şər və pislik yayıldı.”