İŞİD-in cəlladı Con öldürülüb
686 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşmasının “Cihadçı Con” ləqəbi ilə tanınan məşhur üzvü Rakka yaxınlığında ABŞ hava qüvvələrinin təşkil etdiyi əməliyyat nəticəsində öldürülüb.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Peter Kuk məlumat verib.
Onun sözlərinə görə, ABŞ hərbi hava qüvvələri “Cihadçı Con” ləqəbi ilə məşhurlaşan Məhəmməd Emvaziyə qarşı xüsusi əməliyyat keçirib.
Xatırladaq ki, İraq mənşəli bir ailənin oğlu olan Emvazi Küveytdə doğulub. 1993-cü ildə ailəsi ilə birlikdə İngiltərəyə köçüb.
Kompyuter sahəsində yüksək bacarığı olan 27 yaşlı terrorçu ilk dəfə 2014-cü ilin avqustunda jurnalist Ceyms Foleyin edam videosu ilə dünyaya tanınıb.
Bu hadisədən 2 həftə sonra da Sotloffun edam videosu ilə gündəmə gələn Con 16 noyabrda Kassiqi öldürmüşdü.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)