Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD-in əsas gəlir mənbələri açıqlanıb

Fevral 10
16:40 2016

BMT İŞİD terror xəvaric qruplaşmasının əsas gəlir mənbələrini açıqlayıb.

“BMT Təhlükəsizlik Şurasının terrorçuların maliyyə mənbələrinin kəsilməsi ilə bağlı qətnamə qəbul etməsinə baxmayaraq, İŞİD terror xəvaric qruplaşması neft ticarətindən hələ də gəlir əldə etməkdədir”.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltman bildirib.

C. Feltman qeyd edib ki, İŞİD terror xəvaric qruplaşması cəld və effektiv şəkildə böyük resursları mənimsəmək qabiliyyətinə malikdir. Onun sözlərinə görə, İŞİD terror xəvaric qruplaşması bu maliyyə resursları, özünün transmilli cinayətkar qruplaşmalarla əlaqələrindən gəlir əldə edir və fəaliyyətini dünyanın digər regionlarında da genişləndirir: “Maliyyə gəlirlərinin əsas mənbəyini işğal olunan ərazilərdəki neft və digər təbii resurslardan istifadə edilməsi, əmlakın müsadirəsi, arxeoloji abidələrin talan edilməsi, vergi yığılması, girovlar müqabilində pul əldə edilməsi, internet və sosial şəbəkələr vasitəsilə vəsaitlərin cəlb edilməsi təşkil edir”.

Xatırladaq ki, BMT baş katibinin məruzəsinə əsasən 2015-ci ildə İŞİD terror xəvaric qruplaşması neft və neft məhsullarının satışından 400-500 milyon dollar qazanıb.

Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.

Digər xəbərlər