Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD-in hücumunda ölənlərin hamısı türkmən imiş

İyun 03
15:25 2015

Ötən gün İraqda Samara şəhərinin es-Sirsar bölgəsindəki İŞİD terror xəvaric qruplaşmasının intihar hücumunda ölənlərin hamısının türkmən olduğu ortaya çıxıb.

“Sələf Xəbər” Terkiyə mətbuatına istinadən bildirir ki, İŞİD terror xəvaric qruplaşması ilə döyüşmək üçün federal polis bazasında tapşırıq verilmiş telaferli polisləri hədəf alan bomba yüklü tankdan istifadə edilən terror hücumunda 50 nəfərdən çox türkmən ölüb və 100-ə yaxın da yaralanıb. Həyatını itirən türkmənlər Kərbəlada torpağa tapşırılıb.

Əl-Əhrar Kütləsi üzvü Fevzi Əkrəm Terzioğlu da bəyanat verərək miqrasiyaya məruz qalan telaferlilərin çətin günlərinə baxmayaraq, İŞİD terror xəvaric qruplaşmasına qarşı mübarizə etdiyini bildirib. Terzioğlu açıqlamasında bildirib ki, türkmənlər bu gün də ölkənin müxtəlif bölgələrində terrora qarşı mübarizələrini davam etdirir.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)

Digər xəbərlər