İŞİD-in ikinci komandiri məhv edilib
715 dəfə baxılıb
Türkmən əsilli Qaduli İraqın Mosul şəhərində 1957 və ya 1959-cü ildə doğulub.
“Özünü “İslam Dövləti” – İŞİD terror xəvaric qruplaşması adlandıran qrupun ikinci komandiri Suriyada hərbi əməliyyat zamanı “öldürülüb”, – ABŞ mediası yazır.
Rəsmilərin NBC Xəbərə dediyinə görə, Hacı İmam kimi tanınan İraq vətəndaşı Abdul Rəhman Mustafa əl-Qaduli Cümə axşamı günü ABŞ-ın xüsusi qüvvələrinin reydi zamanı öldürülüb.
ABŞ Müdafiə Katibi Ash Carterin bu məlumatı təsdiqləməsi və əlavə detallar verməsi gözlənilir.
“Sələf Xəbər” BBC-yə istinadən bildirir ki, ABŞ höküməti Qadulinin öldürülməsi üçün 7 milyon dollar mükafat təyin edib.
Rəsmilərin bildirdiyinə görə, ötən gün ABŞ-ın xüsusi əməliyyat qüvvələri helikopterlə Suriyaya eniblər. Qadulinin avtomobilinin keçdiyi yolda keşik çəkən əməliyyatçılar üsyançının qabağını kəsib. Qadulini canlı tutmağa cəhdlər edilsə də, vəziyyət gərginləşib, o və maşındakı 3 nəfər öldürülüb.
Türkmən əsilli Qaduli İraqın Mosul şəhərində 1957 və ya 1959-cü ildə doğulub. Bu şəhər 2014-cü ildən bəri İŞİD terror xəvaric qruplaşmasının nəzarətindədir.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)