İŞİD-in kimyəvi silah istehsalı üzrə rəhbəri tutulub
Mart 11
16:38
2016
699 dəfə baxılıb
ABŞ hərbçiləri bu ilin fevralında İŞİD terror xəvaric qruplaşmasının kimyəvi silah istehsalı üzrə bölməsinin rəhbəri Əbu Daud adı ilə tanınan Süleyman Daud əl-Bəkkarı saxlayıblar.
“Sələf Xəbər” Lent.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Məlumata görə, terrorçu ötən gün İraqın hüquq-mühafizə orqanlarının nümayəndələrinə təhvil verilib.
Pentaqonun məlumatına əsasən, saxlanılan terrorçunun dindirilməsi nəticəsində kimyəvi silahların istehsal olunduğu və saxlanıldığı obyektlər barədə məlumatlar əldə etmək mümkün olub.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”. (Müslim)