İŞİD-in Küveytdəki nümayəndəsi Ukraynada terrorçular üçün silah aldığını deyib
613 dəfə baxılıb
Küveytdə saxlanılan İŞİD terror xəvaric qruplaşmasını maliyyələşdirməkdə və silahlandırmaqda şübhəli bilinən şəxslər terrorçular üçün silahı Ukraynada əldə ediblər.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
Zərərsizləşdirilmiş qrupun adı çəkilməyən lideri İŞİD terror xəvaric qruplaşmasının Küveytdəki əlaqələndiricisi olduğunu etiraf edib. Onun sözlərinə görə, o Ukraynada “FN6” tipli Çin istehsalı zenit-raket komplekslərinin alınmasına dair sövdələşmələr həyata keçirib. Əldə olunan silah sonradan Türkiyə ərazisindən keçirməklə Suriyadakı İŞİD terror xəvaric qruplaşması silahlılarına ötürülüb.
Qeyd edək ki, bundan əvvəl Küveyt hakimiyyəti İŞİD terror xəvaric qruplaşmasını maliyyələşdirən bir qrup ekstremistin saxlanıldığı barədə məlumat yayıb. Məlumata görə, qrupa 5 Suriya, bir Misir, iki Avstraliya vətəndaşı və bir yerli sakin daxil olub.
Məlumata görə, saxlanılan şəxslər, həmçinin terrorçuları silah-sursatla təchiz ediblər.
Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.