Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD-in lideri Əbu Hişam əş-Şişani ölüb

İyun 10
13:21 2015

İŞİD terror xəvaric qruplaşmasında partlayıcı qurğuların istehsalatına rəhbərlik edən çeçen əsilli lideri Əbu Hişam əş-Şişani Mosulda baş vermiş partlayış nəticəsində ölüb.

“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, bu barədə Rudaw telekanalı məlumat yayıb.

“İŞİD terror xəvaric qruplaşmasının tanınmış əmiri Əbu Hişam əş-Şişani və onun bir neçə silahdaşı yerləşdikləri düşərgədə partlayıcı qurğular istehsal edərkən baş vermiş partlayış nəticəsində ölüblər”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, ötən gün İŞİD terror xəvaric qruplaşmasının daha bir çeçen əsilli lideri Əbu Şamil əş-Şişani İraqın Beyci şəhəri yaxınlığında məhv edilib.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)

Digər xəbərlər