İŞİD-in liderlərindən biri öldürüldü
1. 032 dəfə baxılıb
“Sələf Xəbər” internethaber.com saytına istinadən xəbər verir ki, İŞİD terror xəvaric qruplaşmasının bombalar üzrə mütəxəssislərindən biri olan Əbu Yəhya Bağdadinin İraq Xüsusi Təhlükəsizlik dəstələri tərəfindən öldürüldüyü açıqlanıb.
İraq Xüsusi Təhlükəsizlik dəstələri Diyalə mahalının Bakuba şəhərində əməliyyat həyata keçirib. Bakubanın 47 kilometr şərqində yerləşən Bizauz Şərun qəsəbəsində həyata keçirilən əməliyyatda İŞİD terror xəvaric qruplaşmasının üzvləri ilə İraq təhlükəsizlik qüvvələri arasında münaqişə baş verib. Münaqişə zamanı “Bombaların atası” və “Bomba mühəndisi” ləqəbi ilə tanınan Əbu Yəhya Bağdadinin öldürüldüyü açıqlanıb. İraq səlahiyyətli orqanları Bağdadinin İraq xüsusi təyinatlı dəstələri tərəfindən öldürüldüyü barədə məlumatları təsdiqləyib.
Səlahiyyətli orqanlar Əbu Yəhya Bağdadinin İŞİD terror xəvaric qruplaşmasının üzvlərinə bomba hazırlamaq, canlı bomba terror aktları kimi məsələlərdə təlim keçərək onları təşviq etdiyini bildirib. Bağdadinin İraqda həyata keçirilən çoxsaylı bomba hücumları və canlı bomba terror aktlarını təşkil etdiyi də məlum olub.
Sələf Xəbər: Mədinə İslam Universitetinin islam ideologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil” (Muslim).
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim” (Əl-Buxari).
Həmçinin o (Allahın ona salavat və salamı olsun), demişdir: “Öldürülmüşlərin ən xeyirliləri onların öldürdükləridir. Eləcədə, göy qübbəsi altında öldürülənlərin ən şərliləri də məhz onlardır!”(Tirmizi).”