Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD-in növbəti fitnəsi – İraqda su müharibəsi aparır

İyun 20
16:58 2015

İraq Kənd Təsərrüfatı və Su Şurası İŞİD terror xəvaric qruplaşması iyunun 2-də Fərat çayı üzərindəki Ramadi səddini bağlaması səbəbilə Kərbəla, Babilistan, Nəcəf ilə Kadisiyə şəhərlərinin susuz qaldığını açıqlayıb.

Sözügedən ərazilərdə yerləşən su anbarlarındakı ehtiyatlar azaldığı üçün yaxınlarda quraqlıq başlayacağı bildirilir. Əlaqədar orqanlar Fərat çayının suları kəsildiyi üçün Dəclə çayından istifadəyə cəht göstərsə də, bu sahədə də problemlə üzləşiblər.

“Sələf Xəbər” Teleqraf.az-a istinadən məlumat verir ki, İŞİD terror xəvaric qruplaşmasının İraqda su müharibəsi apardığı bildirilən açıqlamada, təşkilatın həmçinin Anbardakı Sarsar gölünün olduğu bölgəni də nəzarət altına alaraq, bu müharibəni davam etdirməyə çalışdığı qeyd edilir.

İraqın ərazi baxımından ən böyük vilayəti olan Anbarın mərkəzi Ramadi İŞİD terror xəvaric qruplaşmasının nəzarətindədir. İraq ordusu və şiə könüllüləri şəhərin geri alınması üçün əməliyyatlar keçirirlər.

Sələf Xəbər: Uca Allah buyurur: “De: “Deyin görüm, əgər suyunuz (yerin dibinə ) çöksə, (Allahdan başqa) kim sizə axar su gətirə bilər?” (Qurani-Kərim, “Mülk” surəsi, 30-cu ayə)

Digər xəbərlər