Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD-in növbəti vəhşiliyi: 280 nəfər dinc sakini qətlə yetirib

Yanvar 18
16:01 2016

İŞİD terror xəvaric qruplaşmasının silahlıları Suriyanın Deyr-əz-Zor əyalətində qocalar, qadınlar və uşaqlar daxil olmaqla 280-dək dinc sakini qətlə yetiriblər.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə yerli sakinlər bildiriblər.

Məlumata görə, dəhşətli qətliam Deyr-əz-Zor əyalətinin Əl-Baqiliyyə kəndində baş verib.

Terrorçular Əl-Baqiliyyə kəndini ordu qüvvələri ilə əməkdaşlıqda ittiham edərək dinc sakinləri kütləvi şəkildə qətlə yetiriblər.

Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür”. (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)

Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər