Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD-in növbəti vəhşiliyi – Palmirada edam edir

May 22
14:54 2015

İŞİD terror xəvaric qruplaşmasının silahlıları Suriyanın Palmira şəhərini ələ keçirdikdən sonra azı 17 nəfəri edam edib.

“Sələf Xəbər”in Lent.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Suriya insan haqlarının monitorinqi mərkəzinin məlumatında bildirilir.

Məlumata görə, edam edilən dinc sakinlərdən 4-nün başı kəsilib. Öldürülən şəxslərin yerli icra orqanların əməkdaşları olduğu bildirilir. Silahlılar onları rejimlə əməkdaşlıq etməkdə günahlandırıb.

Hüquq müdafiəçilərinin sözlərinə görə, silahlılar şəhərin sakinlərinə evlərini tərk etməməyə əmr edərək evlərdə axtarış aparıb. Axtarışların məqsədi digər hökumət tərəfdarlarının aşkarlanmasıdır.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti”- İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam Dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların -İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər