Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD-in Qafqaz liderləri saxlanılıb

Oktyabr 22
15:56 2015

İstanbulun Terrorla Mübarizə İdarəsi genişmiqyaslı əməliyyat keçirib.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı İŞİD terror xəvaric qruplaşmasının Çeçenistan və Dağıstan üzrə məsul şəxsləri olduqları iddia edilən 3 nəfər və onlarla əlaqəli bilinən 12 şəxs həbs olunub.

Terrorçuların qaldığı evdə axtarış zamanı 6 ədəd lazer məsafə ölçən, 3 durbin və 1 teleskop götürülüb.

Digər tərəfdən araşdırma zamanı sözügedən şəxslərin dəfələrlə Türkiyə ərazisindən Suriyaya getdiyi məlum olub.

Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.

Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.

Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.

Digər xəbərlər