Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD-in Suriya və İraqdakı mövqelərinə 31 hava zərbəsi endirilib

Avqust 15
17:15 2015

Beynəlxalq koalisiya qüvvələri İŞİD terror xəvaric qruplaşmasının Suriya və İraqdakı mövqelərinə 31 hava zərbəsi endirib.

“Sələf Xəbər” AZƏRTAC-a istinadən xəbər verir ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyada təyin olunan hədəflərə 8 dəfə hava hücumu edib. Hücumların 3-ü Haseki, 2-si Hələb, 2-si Rakka, 1-i isə Kobani yaxınlığında həyata keçirilib.

Hücumlar zamanı terrorçu qrupun taktika vahidləri, anbarları və müharibə mövqeləri vurulub.
Koalisiya qüvvələri İŞİD terror xəvaric qruplaşmasının İraqdakı hədəflərinə isə 23 hava hücumu edib.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər