Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD-in Suriyada törətdiyi terrorda 60 ölü, 90 yaralı

Dekabr 12
15:43 2015

Terrorçu-kamikadzelər şəhərin mərkəzində mazut çənini partladıblar.

Suriyanın şimal-şərqində Tell-Tamer şəhərində törədilən partlayışlar nəticəsində 60 nəfər ölüb, daha 90 nəfər xəsarət alıb.

“Sələf Xəbər”in Oxu.Az-a istinadən məlumatına görə, bu barədə SANA agentliyi hüquq-mühafizə orqanlarındakı mənbələrinə əsasən xəbər verir.

Məlumata əsasən, belə çox insan itkisinə səbəb, terrorçu-kamikadzelərin şəhərin mərkəsində mazut çəninin partladması olub.

Daha bir partlayıcı şəkər daşıyan yük maşınına quraşdırılıb. Avtomobil ərzaq bazasına çatanda partladılıb.

Üçüncü partlayış isə Suk-əl-Cümə tərəvəz bazarında törədilib.

“Partlayış yerlərində 15 nəfər, 45 nəfər isə xəstəxanalarda ölüb. Ölənlərin əksəriyyəti qadındır”, – deyə polisdən bildiriblər.

Terror aktlarına görə məsuliyyəti İŞİD terror xəvaric qruplaşması yaraqlıları öz üzərinə götürüblər.

Sələf Xəbər: XX əsrin məşhur İslam alimi ibn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin, ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kadayyə əl-asriyyə”, 47)

Digər xəbərlər