Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD-in təhdidi: Sıra Almaniyada

Mart 31
18:36 2016

İŞİD terror xəvaric qruplaşması bu dəfə Almaniyanı təhdid edib.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, İŞİD terror xəvaric qruplaşması “Tvitter” hesabında Belçikadan sonra Almaniyada da terakt törədiləcəyinə işarə edib.

“Tvitter”də paylaşılan görüntüdə Köln hava limanının alovlar içərsində yandığı, bir İŞİD terror xəvaric qruplaşması üzvünün də bu anı seyr etdiyi görünür. Paylaşılan şəkilin üzərində “Qardaşlarının Belçikada etdiyini sən də edə bilərsən” qeyd olunub.

İŞİD terror xəvaric qruplaşması bu görüntü ilə Almaniyadakı tərəfdarlarına mesaj verib.

“Raynişe Post” qəzetinin verdiyi məlumata görə, sosial şəbəkədən paylaşılan bu mesajdan sonra Almaniyanın təhlükəsizlik orqanları ciddi tədbirlər görür.

Qeyd edək ki, bu, İŞİD terror xəvaric qruplaşmasının Almaniyaya qarşı ilk təhdidi deyil. Belçika teraktından sonra terrorçular Almaniyanı hədəf olaraq göstərməkdədirlər.

Sələf Xəbər: Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhu usul ət-təfsir)

Digər xəbərlər