Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD-in Türkiyədə terror aktları törətmək arzusu ürəyində qaldı

Oktyabr 24
18:39 2014

“Sələf Xəbər” mk-turkey.ru istinadən xəbər verir ki, Türkiyə təhlükəsizlik qüvvələri intiharçı kəmərləri, partlayıcı maddələr və odlu silahlar ələ keçirib.

Qeyd edək ki, Türkiyənin Milli Kəşfiyyat Xidmətinin (MİT) “İslam Dövləti” (İŞİD) terror xəvaric qruplaşmasının ölkədə terror aktları törədəcəyi ehtimalı ilə əlaqədar xəbərdarlığından sonra təhlükəsizlik qüvvələri reydlərə başlayıb.

Türkiyənin cənub-şərq əyaləti Qaziantəpdə keçirilən reyddə 10 ədəd AK-47 Kalaşnikov avtomatı, 2280 ədəd patron, 40 ədəd əl qumbarası, 14 kilo trotil və 9 ədəd intiharçı jileti aşkar edilərək götürülüb. Reydlər zamanı terrorçu-intiharçıların hücumları üçün xaricdən partlayıcı maddə və silah tədarük etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Ölkənin mərkəzi əyaləti Konyada aparılan reydlərdə terror aktlarının keçirilməsinə dair xəritə və planlar aşkar edilib.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən, İŞİD terror xəvaric qruplaşmasının Konya, İstanbul, Ankara və Qaziantəpdə terror aktları planlaşdırdığı məlum olub.

 Sələf Xəbər: Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhusulət-təfsir, 1-ci kaset, A tərəfi).

Digər xəbərlər