İŞİD-in Türkiyəyə hücumu nəticəsində – 3 ölü, 9 yaralı
Aprel 19
17:34
2016
700 dəfə baxılıb
İŞİD Türkiyəyə hücuma keçdi.
“Sələf Xəbər” Ölkə.Az-a istinadən xəbər verir ki, Türkiyənin Kilis bölgəsi İŞİD terror xəvaric qruplaşmasının Suriyada nəzarət etdiyi Bap bölgəsindən raket atəşinə tutulub. Daha sonra Türkiyə tərəfi də cavab zərbəsi vurub. Bunun nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb.
Ölənlərin arasında məktəbli uşaqların da oluğu bildirilir.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır . Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.