Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD-in üç komandiri məhv edilib

Noyabr 20
18:19 2015

Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Andrey Kartapolov 3 İŞİD terror xəvaric qruplaşması komandirinin məhv edildiyini açıqlayıb.

“Sələf Xəbər” “Qafqazinfo”ya istinadən xəbər verir ki, Rusiya hava qüvvələri Hələbə hücum edib, İŞİD terror xəvaric qruplaşmasının məntəqələrini bombalayıb.

Hava hücumları nəticəsində İŞİD terror xəvaric qruplaşmasının Hələbdə fəaliyyət göstərən Əbu Nurlbagasi, Məhəmməd İbn Hayrat və El Okaba adlı üç komandiri öldürülüb.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)

Digər xəbərlər