Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD-in “xüsusi təyinatlı” dəstəsi təslim olub

Oktyabr 30
16:29 2015

Suriyanın Qolan təpələri ərazisində yerləşən Kuneytra əyalətində “İraq-Şam İslam Dövləti” – İŞİD – terror xəvaric qruplaşmasının bütöv “xüsusi təyinatlı” dəstəsi hökumət qoşunlarına təslim olub.

“Sələf Xəbər” Teleqraf.com-a istinadən xəbər verir ki, bundan əvvəl əyalətdə şiddətli döyüşlər gedib və terrorçular çoxlu sayda itki veriblər.

Onlar komandir Mücahid ibn Zaranın ölümündən sonra silahı yerə qoymaq və təslim olmaq qərarına gəliblər. Ümumilikdə 50-yə yaxın terrorçu silahı yerə qoyub.

“Təslim olan döyüşçülərin böyük hissəsi ABŞ-ın Suriyanın şərqindəki Deyr-əz-Zor əyalətində yerləşən təlim düşərgələrində intensiv hazırlıq kursları keçib, orada təxribat və mina partlayışı işinin incəliklərini öyrəniblər, həmçinin ərazidə istiqaməti tapmaq və kəşfiyyat obyekti kordinatlarının radio ilə ötürülməsi biliklərinə yiyələniblər”, – deyə hökumət qoşunları qərargahından bildirilib.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və buyururdu: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)

Digər xəbərlər