İŞİD İraq ordusundan zərbə aldı
748 dəfə baxılıb
İraq ordusu İŞİD terror xəvaric qruplaşmasına ağır zərbə vurub.
“Sələf Xəbər”in Haber7.com-a istinadən məlumatına görə, İraqın Müdafiə Naziri Xalid Əl Ubeydi, Səlahəddin və Anbar vilayətlərində İŞİD terror xəvaric qruplaşmasına qarşı əməliyyat aparan hərbi hissələri ziyarət edib.
Koalisiya qüvvələrinin havadan hücumları nəticəsində Səlahəddin və Anbar şəhərlərində 386 İŞİD terror xəvaric qruplaşması üzvü öldürülüb.
Əməliyyatlarda 193 İŞİD terror xəvaric qruplaşması üzvünün təsirsiz hala gətirildiyi də bildirilib.
5-ci Briqada Komandanlığı tərəfindən aparılan və Könüllü Xalq Qüvvələrinin də dəstək verdiyi əməliyyatların birinci və ikinci mərhələsi tamamlanıb.
İraqın Müdafiə naziri Xalid Əl Ubeydi həyata keçirilən əməliyyatlara bağlı əhalini məlumatlandırıb. Nazirin sözlərinə görə, bir çox bölgə İŞİD terror xəvaric qruplaşmasının əlindən geri alınıb.
Məlumata görə, əsgərlərin ələ keçirdikləri bölgələrdə İŞİD terror xəvaric qruplaşmasına aid çox sayda silah anbarları məhv edilib. Quru əməliyyatlarına havadan da təyyarələrlə dəstək verilib.
Cəbhədəki əsgərlərlə bir araya gələn Nazir Ubeyd İŞİD terror xəvaric qruplaşmasının mövqelərini top atəşilə bombalayıb.
Sələf Xəbər: XX əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir.” (“Fatava əş-şariyyə fi kadayyə əl-asriyyə”, 47)