Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD İraqda 80 nəfəri edam edib

Yanvar 11
18:00 2016

Terrorçular insanları casusluqda ittiham ediblər.

İŞİD terror xəvaric qruplaşmasının yaraqlıları İraqın Mosul şəhəri yaxınlığında aralarında hüquq-mühafizə orqanlarının əməkdaşları da olmaqla 80 nəfəri güllələyiblər.

“Sələf Xəbər”in Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə yerli Alsumaria telekanalı öz mənbələrinə əsasən məlumat verir.

“İŞİD terror xəvaric qruplaşması polis əməkdaşları, hərbçilər və qruplaşmanın ideolagiyası ilə razılaşmayanlar da daxil olmaqla, 80 nəfəri Naynava şəhərinin mərkəzində Əl-Qazlani hərbi düşərgəsinin ərazisində güllələyərək edam ediblər”, – anonimliyini saxlayan mənbə bildirib.

Onun məlumatına əsasən, terrorçular insanları casusluqda və İraq höküməti ilə əməkdaşlıqda ittiham ediblər.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların -İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər