İŞİD İraqda türk hərbçilərinin düşərgəsini raketlə vurub
671 dəfə baxılıb
Ölən və yaralananlar var.
İŞİD terror xəvaric qruplaşması silahlıları türk hərbçilərinin İraqın Mosul şəhəri yaxınlığındakı düşərgəsinə raket zərbələri endirib.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bu barədə “Al Arabia” telekanalı xəbər verib.
Məlumata əsasən, hücum nəticəsində ölən və yaralananlar var.
Xəbərə görə, raket zərbələri nəticəsində 4 türk hərbçisi yaralanıb. Əsgərlərdən birinin vəziyyətinin ağır olduğu bildirilir. Türk hərbçiləri qarşı tərəfə artilleriya atəşi ilə cavab verib.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül MÜhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.