Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD İraqın Anbar əyalətində 50 nəfəri qətlə yetirib

Noyabr 03
14:05 2014

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, İŞİD terror xəvaric qruplaşmasının üzvləri oktyabrın 31-də İraqın Anbar əyalətində silahlılara qarşı çıxış edən Albu Nimr qəbiləsinin 50-dən çox nümayəndəsini qətlə yetirib.

Bundan başqa aşkarlanmış kütləvi məzarlıqda qəbilənin daha 35 nümayəndəsinin cəsədi tapılıb.

Bundan əvvəl İraqda 150 cəsədin olduğu daha bir kütləvi məzarlıq aşkarlanıb.

 Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir. Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”

Digər xəbərlər