Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD işğal etdiyi ərazilərin 22%-nə nəzarəti itirib

Mart 16
17:16 2016

İŞİD terror xəvaric qruplaşması işğal etdiyi ərazilərin 22%-nə nəzarəti itirib, gəlirlərin 40%-dən məhrum olub.

İŞİD terror xəvaric qruplaşması son 14 ay ərzində Suriya və İraqda işğal etdiyi ərazilərin, təxminən 22%-dən çox hissəsinə nəzarəti itirib.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bu barədə IHS analitik agentliyinin hesabatında deyilir.

Hesabatda bildirilir ki, İŞİD terror xəvaric qruplaşması bu müddət ərzində gəlirlərinin 40%-dən də məhrum olunub.

Analitiklər bunu terrorçuların Suriya-Türkiyə sərhədlərinə nəzarəti əldən verməsi ilə əlaqələndiriblər.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)

Digər xəbərlər