Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD kəndləri ələ keçirib 90 nəfəri girov götürüb

Fevral 25
18:59 2015

“İslam Dövləti” terror xəvaric qruplaşması yaraqlıları Suriyanın şimal-şərq bölgəsində Assuriya xristianlarının yaşadıqları kəndlərdə keçirdikləri reydlər zamanı azı 90 nəfəri girov götürüb.

“Sələf Xəbər”in Publika.az-a istinadən məlumatına görə, bu barədə Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb. Məlumata görə, yaraqlılar Hassaki vilayətindəki Tal-Şamiram və digər Assuriya kəndlərini ələ keçirdikdən sonra insanları girov götürüblər. İnsanların taleyi haqqında hələlik heç bir məlumat verilmir.

 Sələf Xəbər: Yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə İslam dövlətinin yaradılmasıdır. Lakin bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək Haqqın sözünü çatdırmaq üçün gəlib.

Cihada gəlincə, bu Allaha ibadətin növlərindən biridir və onun öz şərtləri var. Cihadın məqsədi İslamın müdafiəsi və fəsadın qarşısını almaqdır.

Şübhə yoxdur ki, terror aktları, o cümlədən intiharçıların törətdikləri partlayışlar, nəticəsində dinc insanların həlak olması özü-özlüyündə artıq fəsaddır və bunu heç cür cihad adlandırmaq olmaz.

Digər xəbərlər