İŞİD kimyəvi silahdan istifadə edib
688 dəfə baxılıb
İraqda İŞİD terror xəvaric qruplaşması silahlılarının kimyəvi silahdan istifadə etməsi nəticəsində 3 yaşlı qız ölüb.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, terrorçular martın 9-da İraqın şimal-şərqində yerləşən Taz şəhərini atəşə tutarkən kimyəvi silahdan istifadə ediblər.
Nəticədə onlarla insan zəhərlənərək xəstəxanalara yerləşdirilib. Vəziyyəti ağır olan 4 nəfər paytaxt Bağdada göndərilib.
Qeyd edək ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan bu yaxınlarda bəyan edib ki, İŞİD terror xəvaric qruplaşması İraq və Suriyada dəfələrlə kimyəvi silahdan, o cümlədən bibər qazından istifadə edib.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır . Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.