“İŞİD” Kobanidə iki terror aktı törədib
Oktyabr 14
22:45
2014
1. 676 dəfə baxılıb
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, “İŞİD” terror xəvaric qruplaşmasının terrorçu-intiharçıları Suriyanın Kobani şəhərində iki minalanmış avtomobil partladıblar.
Xəbəri Livanın “Əl -Mayədin” telekanalı yayıb.
“Əl-Mayədin”in məlumatına əsasən, maşınlar şəhərin şərq və cənub hissələrində partladılıb. İnsan tələfatı və xəsarət alanlar barədə məlumat verilmir.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir. Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”