Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD komandirlərini xəyanətkar adıyla edam edib

Mart 06
16:18 2015

“İŞİD terror xəvaric qruplaşması İraqda özünün 11 komandirini edam edib”.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı İranın “Fars” agentliyi yayıb.

Komandirlərin öldürülməsinə səbəb onların İraq ordusunun hücumuna tab gətirməyərək Tikrit şəhərindən qaçması olub.

Qeyd edək ki, ekspertlər Tikritin ələ keçirilməsinin İraqın ikinci ən böyük şəhəri olan Mosulun azad edilməsində mühüm rol oynayacağını bildirirlər.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam İdeologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və buyururdu: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)

Digər xəbərlər