İŞİD lideri Əbu Ömər əl-Şişani tutulub
950 dəfə baxılıb
ABŞ xüsusi təyinatlılarının İraqın Kərkük şəhərində keçirdikləri xüsusi əməliyyat zamanı İŞİD terror xəvaric qruplaşması liderlərindən olan Əbu Ömər əl-Şişani ələ keçirilib.
“Sələf Xəbər”in APA TV-yə istinadən xəbərinə görə, əl-Şişanidən başqa İŞİD terror xəvaric qruplaşmasının daha iki səhra komandirini tutmaq mümkün olub. Həmçinin 7 terrorçu məhv edilib.
Ələ keçirilən terrorçuların Süleymaniyyə şəhərinə gətirildiyi də gələn məlumatlar arasındadır.
Daha öncə dəfələrlə Əbu Ömər əl-Şişaninin tutulduğu barədə məlumatlar yayılsa da, rəsmən təsdiqlənmirdi.
1986-cı ildə Gürcüstanda dünyaya gələn Əbu Ömər əl-Şişaninin əsl adı Tarxan Batiraşvilidir. Milliyyətcə gürcüdür.
Qeyd edək ki, ümumi sayı 100 nəfər olan ABŞ xüsusi təyinatlıları dekabrın 21-dən etibarən İraq ərazisində xüsusi əməliyyatlar keçirir.
Sələf Xəbər: XX əsrin məşhur İslam alimi ibn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun, iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kadayyə əl-asriyyə”, 47)