İŞİD lideri məhv edilib
909 dəfə baxılıb
ABŞ təyyarələrinin zərbələri nəticəsində İŞİD terror xəvaric qruplaşmasının yüksək rütbəli üzvü məhv edilib.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ ordusunun nümayəndəsi bildirib.
Pentaqonun məlumatına əsasən, öldürülən Əbu Bəkr əl Türkməni terrorçuların “inzibati əmiri” sayılır. O, bundan əvvəl “Əl Qaidə” terror təşkilatının İraqdakı fəaliyyətində fəal rol oynayıb.
Məlumata görə, hava zərbəsi Təl-Əfər şəhəri yaxınlığında endirilib.
Qeyd edək ki, bundan əvvəl avqustda İŞİD terror xəvaric qruplaşmasının liderinin müavini Fadhil Əhməd əl Xəyali, mayda isə neft və qazın qaçaqmalçılığına cavabdeh olan Əbu Sayyaf öldürülüb.
Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur İslam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir”. (“əl-İrhab”, 24)