İŞİD lideri qadın paltarında tutulub
1. 494 dəfə baxılıb
O, qoşunlarla əhatə olunmuş şəhərdən çıxmağa çalışıb.
“İslam dövləti” – İŞİD xəvaric terror qruplaşmasının başçılarından biri, hökumət qoşunlarının kütləvi hücuma başladıqları İraq şəhəri – Əl-Fəculla şəhərindən qadın paltarında çıxmağa çalışarkən saxlanılıb.
“Sələf Xəbər” Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ümumiraq hərbi informasiya mərkəzindən bildiriblər.
“Ənbər şəhərində İŞİD xəvaric terror qruplaşmasının başçılarından biri, qondarma İslam polisinin rəhbərinin müavini Əl-Fəculla şəhərində çərşənbə günü İraqın xüsusi təyinatlıları tərəfindən şəhərdən qadın paltarında qaçmağa çalışarkən saxlanılıb”, – mərkəz dəqiqləşdirib.
Məlumata görə, liviyalı Əbu Obeyda əl-Marui Əl-Fəculla Əl-Baluvan rayonunda saxlanılıb.
Əl-Marui qoşunlarla əhatə olunmuş şəhərdən, yerli sakinlərin qrupuna soxularaq çıxmağa çalışıb. Bu dəfə keçmiş polis rəisinin müavini Ənbər əyalətində kəndli qızların geyimində olub.
Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında danışmağı onun şərtlərini, qaydalarını bilən alimlər edə bilər. İŞİD xəvaric terror qruplaşmasının etdiyi cihad yox, fitnədir”.