Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD liderinin qardaşı oğlu məhv edilib

Fevral 04
17:09 2016

İŞİD terror xəvaric qruplaşmasının liderinin qardaşı oğlu məhv edilib.

“Sələf Xəbər”in Lent.az-a istinadən xəbərinə görə, İraq ordusunun atəş zərbəsi nəticəsində Ənbar vilayətinin ərazisində İŞİD terror xəvaric qruplaşmasının başçısı Əbubəkr Əl-Bağdadinin qardaşı oğlu məhv edilib.

“As-Sumariya” telekanalı Əl-Xalidiyə şəhərinin Ədliyyə şurasının rəhbərinə istinadla bildirir ki, İraq hərbi aviasiyası bu rayonda yerləşən “şəriət məhkəməsi”nin binasını darmadağın edib.

“Bombardman nəticəsində Əbu Əhməd əs-Samrayi — Əbubəkr əl-Bağdadinin qardaşı oğlu və onu müşayiət edən səkkiz nəfər terrorçu məhv edilib”, – deyə mənbə bildirib.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)
Həmçinin O (Allahın ona salavat və salamı olsun) demişdir: “Öldürülmüşlərin ən xeyirliləri onların öldürdükləridir. Eləcədə, göy qübbəsi altında öldürülənlərin ən şərliləri də məhz onlardır!” (Tirmizi)

Digər xəbərlər